ABŞ İsveç və Finlandiyaya NATO-ya daxil olmamışdan əvvəl hücuma məruz qalacağı təqdirdə də onlara hərbi dəstək verəcək.
Buta.ws xəbər verir ki, bunu Pentaqon rəsmisi Con Kirbi deyib.
Müraciətləri və NATO-ya üzvlük prosesi zamanı onların hər hansı yardıma ehtiyacı olarsa, hər iki ölkə ilə münasibətlərimizin səviyyəsi onlara əlavə dəstək göstərməyə imkan verəcək. Onun sözlərinə görə, Vaşinqton Rusiya nümayəndələrinin bəyanatlarından narahatdır, çünki öz ölkələrinin taleyini yalnız İsveç və Finlandiya xalqları özləri müəyyən etməlidirlər”, - Kirbi bildirib.