Rusiya təhlükəsi: İsveçrə neytral statusundan imtina edir?

15:00 - 15 May 2022 - GÜNDƏM

 Rusiya təhlükəsi: İsveçrə neytral statusundan imtina edir?

İsveçrənin neytral statusu son onilliklərin ən böyük sınağı ilə üzləşir. Ölkənin Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Qərb hərbi gücləri ilə yaxınlaşmağı təklif edir.

Buta.ws xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

İsveçrə Müdafiə Nazirliyinin təhlükəsizlik şöbəsinin rəhbəri Paelvi Pulli agentliyə açıqlamasında deyib ki, nazirlik NATO ölkələri ilə birgə hərbi təlimlərin də daxil olduğu təhlükəsizlik variantları haqqında hesabat hazırlayır.

“XX əsrdə İsveçrəni hər iki dünya müharibəsindən kənarda saxlayan neytrallıq özlüyündə məqsəd deyil, ölkəni daha təhlükəsiz etmək məqsədi daşıyırdı”, - Pulli bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol