USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Telman İsmayılov saxlanıldı: SİLAH ALVERİ, QƏTL...

22:57 - 1 Oktyabr 2021 - DÜNYA

Azərbaycanlı milyarder Telman İsmayılov Rusiya Federasiyası tərəfindən verilən axtarış qərarı ilə Podqoritsa şəhərində saxlanılıb.

APA xəbər verir ki, bu barədə “Vijesti” nəşri məlumat yayıb..

Bildirilib ki, Rusiyanın ən varlı iş adamlarından olan T.İsmayılov barədə 2009-cu ildə hüquq-mühafizə orqanlarına rəhbəri olduğu paytaxtın ən böyük topdansatış ticarət mərkəzi Çerkizovski bazarının fəaliyyəti ilə bağlı genişmiqyaslı şikayətlər daxil olub. 

Qeyd edək ki, T.İsmayılov və qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib. Qardaşlar qətl və qanunsuz silah alverində ittiham olunurlar. 

İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir. Sözügedən cinayəti törədən Mehman Kərimov 13 il azadlıqdan məhrum edilib.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər