USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Akopcanyan: Əgər Bakını qəzəbləndirsək...

13:51 - 22 Sentyabr 2021 - SİYASƏT

Ermənistanın və erməni xalqının bəlalarında türklər, yaxud ruslar günahkar deyil. Başımıza gələnlərin hamısında yeganə günahkar biz özümüzük.

Buta.ws xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Razmik Akopcanyan çıxış edib.

O deyib ki, müharibəni uduzan hökuməti də məhz erməni xalqının özünün seçdiyini unutmaq olmaz:

“İndi boş-boş danışmağın heç bir mənası yoxdur. Düşmən axtarmaq da gərəksizdir. Paşinyan və onun komandası, bütün diktator rejimlərdə olduğu kimi, əvvəlcə üzlərinə xalqın hüquqları uğrunda mübarizə aparanlar maskası taxdılar. Onlar peşəkarcasına yalanlar danışdılar və erməni xalqı inandı. Bu isə illüziya imiş. Həmin ilğım çox cazibədar görünürdü.

İndi Ermənistan xalqı bunu yavaş-yavaş anlamağa başlayıb. Artıq Ermənistan başa düşür ki, Azərbaycanı qəzəbləndirmək olmaz. Bu dəfə Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək. Bizə nə Qərb, nə Rusiya, nə də İran kömək edə biləcək”, - deyə erməni ekspert qeyd edib.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər