USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Məşhur xəbər aparıcınına yeni vəzifə verildi - ƏMR

11:46 - 21 Sentyabr 2021 - CƏMİYYƏT

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.

Buta.ws xəbər verir ki, BANM-in rektoru Elmar Qasımovun müvafiq əmri ilə Aqşin Kamal Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Aqşin Kamal Tələbəlik illərindən müxtəlif televiziya və dövri mətbuatda jurnalist kimi çalışıb. 2006-cı ildən 2012-ci ilədək Lider televiziyasında Xəbərlər departamentində fəaliyyət göstərib. 2012-2020-ci illərdə isə Xəzər televiziyasında şöbə müdiri, Xəbərlər departamentində redaktor, aparıcı və telekanalın sözçüsü vəzifələrində çalışıb.

Aqşin Kamal 2015-ci ildə Azərbaycanda KİV-in inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər