USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ: Bu evlərə "kupça" vermək mümkün olmayacaq - AÇIQLAMA

15:37 - 13 Sentyabr 2021 - CƏMİYYƏT

"Çıxarışlı mənzil alarkən vətəndaş mənzilin sənədlərini yoxlatdırmalıdır. Mənzil kimin adınadır, sahibi sağdırmı, evi satırmı, qeydiyyatda neçə nəfər var, qeydiyyatda olan şəxslər mənzilin satılmasına razıdırmı və s. bu suallara cavab tapmalıdır. Amma problem o halda başlayır ki, evin sənədi olmur. Əgər sənədsiz evlərə əmlak çıxarışlarının verilməsi ilə bağlı qərar verilsə, Bakı və Abşerondakı tikililərin 30 faizi müvafiq imtiyazdan kənarda qalacaq".

Bu fikirləri Metbuat.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. Ekspert deyir ki, hazırda Bakı və Abşeron ərazisində 500 minə yaxın çıxarışsız fərdi həyət evi sənədləşmə üçün gözləsə də, evlərə çıxarış verilməsi üçün ilk növbədə torpağın təyinatı dəyişməlidir.

Çıxarışlı mənzillər və evlər satılan zaman vətəndaş alqı-satqı prosesi zamanı evin hər kvadratına görə vergi ödəyir. Belə ki, fərdi evlərin bir şəxsdən digər şəxsin adına keçirilməsi minimum 2000 min manata başa gəlir. Bu evlər satılan zaman itirən dövlət olur. Nadir halda isə sənədsiz ev alan vətəndaşların vəsaitləri təhlükəyə düşür. Elə mənzillər var ki, nəinki 30 il, hətta daha əvvələ aid tikililərə belə sənəd verilməyib. Məsələn, Bakının Yasamal rayonunda "Alatava", "Papanin", "Köhnə Sovetski" ərazilərində çıxarış yoxdur. Buradakı evlərin yaşı bəlkə də 80-100 ilə bərabərdir. Buna baxmayaraq, çıxarış verilmir. Lakin qanunvericilikdə belə bir müddəa var ki, əgər bir vətəndaş bir mənzildə 30 il yaşayırsa, 30 il ərzində həmin mənzilə iddiaçı çıxmayıbsa və orada yaşamasını sübut edən amillər varsa, vətəndaş bu minvalla həmin evə çıxarış ala bilər".

Elnur Fərzəliyev qeyd etdi ki, sənədsiz evlərlə bağlı amnistiya olsa, bu tikililərin təxminən 70 faizdən çoxu çıxarışla təmin oluna bilər. Yerdə qalan 30 faizinə isə düşünürəm ki, çıxarış vermək mümkün olmayacaq.

"Çünki həmin evlər çox təhlükəli yerlərdə, yüksəkgərginlikli elektrik xətlərinin altında tikilib. Ümumilikdə çıxarışların verilməsi həm vətəndaş, həm də büdcə üçün faydalı olar. Bundan başqa, əmlak bazarında etibarnamə ilə mənzil və ya fərdi evlər satılır. Etibarnamə ilə alqı-satqı aparmaq təhlükəlidir. Bu alqı-satqını aparan zaman satan tərəf bir neçə ay sonra verdiyi etibarnaməni ləğv edə bilər. Bu zaman alıcının həmin proses zamanı xərclədiyi vəsaiti təhlükəyə düşür".

E.Fərzəliyev qeyd edib ki, bu səbəbdən vətəndaşlar mənzil alqı-satqısı zamanı hüquqşünasa müraciət etməli və hüquqi əsaslarla alqı-satqı etməlidirlər.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər