Şamaxıda keçmiş məhkum daşla vurularaq öldürüldü

10:48 - 14 May 2022 - GÜNDƏM

 Şamaxıda keçmiş məhkum daşla vurularaq öldürüldü

Şamaxı rayon Polis Şöbəsinə mayın 14-ü saat 01 radələrində şəhər ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyevin bıçaqla və daşla vurularaq öldürülməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Buta.ws-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Ş.Hacıyevin aralarında yaranmış münaqişə zəminində M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rizvanov “isti izlər”lə tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol