Rusiya qoşunları Ukraynanın Rubijne şəhərini ələ keçirib.
Buta.ws xəbər verir ki. bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Rubijnedə, təəssüf ki, onlar demək olar, hər şeyə nəzarət edirlər - amma Milli Qvardiyaçılarımızın qoruduğu məhəllələrə üçüncü aydır daxil ola bilmirlər. Rubijnenin özündə vəziyyət mürəkkəbdir: su, qaz yoxdur. İşğalçıların fəxr etdiyi yeganə şey budur – bağladığımız xəstəxananı açmaları", - Qayday qeyd edib.