Marsda görülən sirli qapı: "Başqa dünyaya açılır" - Foto

01:26 - 14 May 2022 - DÜNYA

 Marsda görülən sirli qapı:

ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) “Curiosity” kosmik aparatı tərəfindən Marsda çəkdiyi fotoda əks olunan qapıya bənzər boşluq müzakirə mövzusuna çevrilib.

Buta.ws Teleqraf.com-a istinadən xəbər verir ki, “qapı”nın Marsda yadplanetlilər tərəfindən tikilən infrastruktura aid olduğu iddia edilib.

Keçidə açıldığı iddia edilən qapının Mars sakinlərinin yeraltı sığınacağına və ya başqa bir kainata açıldığı da iddialar arasındadır.

NASA-nın fotosundakı görüntüyə məntiqli yanaşanlar da var. Onların iddiasına görə, bu, qayalıqda parçalanma nəticəsində yaranmış boşluqdur, sadəcə qapıya bənzəyir. Bunun Marsda baş verən zəlzələ nəticəsində yarandığı da bildirilib.

Qapıya bənzəyən nəsnə təsəvvürlərimizdə canlı ölçüdə görünsə də və ya şəklə baxaraq əmin olmaq çətin olsa da, görünən boşluğun real həyatda yalnız bir neçə santimetr ölçüsündə olması da mümkündür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol