Ukrayna ordusu 130-a yaxın rus hərbçisini məhv etdi

00:30 - 14 May 2022 - GÜNDƏM

 Ukrayna ordusu 130-a yaxın rus hərbçisini məhv etdi

Ukrayna hərbçiləri ötən gün ərzində “Şərq” əməliyyat-taktiki qruplaşmasının zonasında 130-a yaxın rus işğalçısını məhv edib.

Buta.ws xəbər verir ki, bu barədə Ukraynanın “Şərq” komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə ötən gün Donetsk və Luqansk istiqamətində rus işğalçılarının 10 hücumu dəf edilib.

Ukrayna hərbçiləri düşmənin 5 tankı, 5 artilleriya sistemi, 6 zirehli texnikası və 7 texnikasını, həmçinin üç “Orlan-10” pilotsuz uçan aparatını məhv edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol