Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasania jurnalistlərə müsahibəsində Polşa hökumətinin və səfirliyin oğlunu Gürcüstandan aparmaq üçün hazır olduqlarını bildirib.
Buta.ws xəbər verir ki, Alasania səfirliyin tibbi qaydalara uyğun olaraq Saakaşvilinin aparılması üçün hər şeyə hazır olduqlarını bildirib.
Onun sözlərinə görə, Polşa tərəfi Prezident təyyarəsi göndərməyə də hazırdır:
"Polşa hökuməti Prezident təyyarəsi göndərməyə və onu aparmağa hazırdır. Hər şeyə hazırdılar və belə xəstənin müalicəsi üçün təcrübələri də var".
Xatırladaq ki, eks-prezident hazırda "Viva Med" klinikasında müalicə alır, yaxınları isə siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər.