Azərbaycan ABŞ-da keçiriləcək forumda təmsil olunacaq

23:26 - 13 May 2022 - GÜNDƏM

 Azərbaycan ABŞ-da keçiriləcək forumda təmsil olunacaq

Azərbaycan ABŞ-da keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunda təmsil olunacaq.

Buta.ws xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ABŞ-a işgüzar səfər edəcək.

17-20 mayda baş tutacaq səfər çərçivəsində V.Hüseynov BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında ilk dəfə yüksək səviyyədə keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak edəcək.

Mayın 18-də baş tutacaq “dəyirmi masa”ya Azərbaycan və Mərakeş Krallığı həmsədrlik edəcək. Mərakeş Krallığını Xarici İşlər naziri təmsil edəcək. Tədbirdə bütün üzv dövlətlərin nümayəndələrinin iştirakı gözlənilir.

Səfər çərçivəsində həmçinin V.Hüseynovun ikitərəfli görüşləri planlaşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol