Rusiya ərzaq gəmilərinin çıxmasına mane olur - ABŞ

10:28 - 30 Mart 2022 - GÜNDƏM

 Rusiya ərzaq gəmilərinin çıxmasına mane olur - ABŞ

Ukraynadakı müharibəyə və onun qlobal ərzaq təhlükəsizliyinə təsirinə görə yalnız Rusiya məsuliyyət daşıyır.

Buta.ws xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman deyib.

"İnsanlar içməli su üçün qarı əridir. Rusiyanın bombardmanlarından gizlənən bir ana jurnalistlərə üç qızına gündə cəmi 1 qaşıq bal verdiyini deyib. Şəhər rəsmiləri insanların aclıqdan ölməyə başladığını deyirlər.

Rusiya donanması Ukrayna limanlarına girişi əngəlləməklə taxıl ixracını dayandırır. Onlar dünya bazarı üçün ərzaq daşıyan 94-ə yaxın gəminin Aralıq dənizinə çıxmasının qarşısını alırlar", - Şerman bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol