Ermənistanda poliqonda partlayış: ölən var

21:48 - 13 May 2022 - GÜNDƏM

 Ermənistanda poliqonda partlayış: ölən var

Ermənistanın Şirak vilayətində 102-ci hərbi bazasının tabeliyindəki Kamxut dağ poliqonunda mərmi partlayıb. Hadisə nəticəsində bir nəfər ölüb.

Buta.ws xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ölənin 1957-ci il təvəllüdlü çoban olduğu bildirilib.

Partlayış zamanı poliqonda hər hansı təlim keçirilməyib.

“Mərmi öncəki təlimlərdən qalma ola bilər. Orada sel sularının axıdılması üçün xəndəklər var. Ola bilsin ki, su mərmini başqa yerə gətirib. Mümkündür ki, çoban mərmini görüb və ona yaxınlaşıb”, - deyə Axuryan bələdiyyəsinin rəhbərinin müavini Karen Arşakyan bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol