İvanişviliyə sanksiyalar tətbiq ediləcəkmi?

20:38 - 13 May 2022 - GÜNDƏM

 İvanişviliyə sanksiyalar tətbiq ediləcəkmi?

ABŞ və Avropaya səfərlərim zamanı keçmiş baş nazir Bidzina İvanişviliyə sanksiyalar tətbiq edilməsi müzakirə edilmirdi.

Buta.ws xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Bu yaxınlarda Avropa və Amerikada idim və həftə əvvəlində oradan qayıtdım. Heç bir yerdə, heç bir görüşdə bu məsələ qaldırılmayıb. Sizə dediyim kimi, mən həmkarlarımın fikirlərini eşitmişəm, lakin belə bir məsələ olmayıb”, - Zurabişvili İvanişviliyə qarşı mümkün sanksiyaların tətbiqi ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, rusiyalı politoloq Andrey Piontkovski “Ukrayna 24” telekanalının efirində ukraynalıları Gürcüstanda ikinci cəbhə açmaq üçün fəal olmağa çağırıb. Onun sözlərinə görə, bunun üçün milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməli və bundan sonra İvanişvili qaçacaq, rejim dağılacaq və Gürcüstan azad olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol