Bəzən dərmanlar çox yüksək qiymətlərə satılır - Deputat

17:52 - 13 May 2022 - GÜNDƏM

 Bəzən dərmanlar çox yüksək qiymətlərə satılır - Deputat

Dərman vasitələri ölkəmizə qanunvericilik əsasında gətirilir.

Buta.ws xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri müavini, deputat Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bəzən ehtiyac olan dərmanlara əlçatanlıq az olur:

“Bəzən dərmanlar uyğun olmayan çox yüksək qiymətlərə satılır. Bu gün dövlətin aidiyyəti qurumları ortaq müzakirələrlə dərmanların gətirilməsiylə bağlı qanunvericiliyin tələblərinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün güclərini səfərbər ediblər.

Hər bir vətəndaşın özünü rahat Azərbaycan səhiyyəsinə əmanət etməsi üçün var gücü ilə çalışırıq. Yaxın gələcəkdə biz bunların nəticələrini görəcəyik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol