Azərbaycanda bu dərmanın satışı qadağan olundu

17:40 - 13 May 2022 - GÜNDƏM

 Azərbaycanda bu dərmanın satışı qadağan olundu

Azərbaycanda istifadəyə yararsız dərmanın satışı qadağan olunub.

Bu barədə Buta.ws-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, 028084 seriya ilə buraxılmış son istifadə tarixi 02.2023 olan “Fosfalyugel” ticarət adlı, daxilə qəbul edilən gel (16 q №20 paketlərdə (saşe)) dərman vasitəsində istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq aşkarlandığı üçün geri çağırılması qərarı verilib:

"Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız 028084 seriya ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol