Rusiya Polşa səfirliyinin hesablarını dondurdu

17:34 - 13 May 2022 - GÜNDƏM

 Rusiya Polşa səfirliyinin hesablarını dondurdu

Rusiya Polşanın Moskvadakı səfirliyinin təxminən 1,1 milyon dollarlıq hesablarını dondurub.

Buta.ws xəbər verir ki, bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev deyib.

“Martın 2-də Polşa prokuroru Rusiya səfirliyinin hesablarını altı ay müddətinə, yəni sentyabrın 2-dək dondurmuşdu. Diplomatik nümayəndəliyimiz Vyana Konvensiyasını pozduğuna görə qarşı tərəfə etiraz edib. Lakin Varşavanın mövqeyi dəyişmədi. Bu vəziyyət davam edərsə, biz səfirliyi bağlamağa məcbur olacağıq. Amma təbii ki, dəfələrlə xəbərdar etmişdik ki, eyni aqibəti Polşanın Moskvadakı səfirliyi də yaşayacaq”, - Andreyev bildirib.

Qeyd edək ki, mayın 9-da Rusiyanın Polşadakı səfiri Sergey Andreyevə Varşavada Sovet əsgərlərinin memorialını ziyarəti zamanı "Faşistlər" şüarı səsləndirən bir qrup etirazçı tərəfindən qırmızı boya atılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol