Moldovanı iqtisadi fəlakət gözləyir - Dodon

17:04 - 13 May 2022 - GÜNDƏM

 Moldovanı iqtisadi fəlakət gözləyir - Dodon

Avropalı ekspertlərin proqnozlaşdırdığı kimi, bazarda spot qazın qiyməti üç dəfə artarsa, Moldova sakinləri iqtisadi fəlakətlə üzləşəcək.

Buta.ws xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti İqor Dodon deyib.

“Avropalı ekspertlərin proqnozlarına görə, qışda təbii qazın qiyməti 3,5 min dollara çata bilər. Qazın spot qiyməti üç dəfə artarsa, gələn qış bizi əsl sosial və iqtisadi fəlakət gözləyir”, - o bildirib.

O, qarşıdan gələn qış üçün qazın qiyməti ilə bağlı təcili danışıqlara başlamağı zəruri hesab edir:

"Hakimiyyət təcili olaraq Moskvaya getməli və ölkəmiz üçün daha sərfəli qiymətə yeni müqavilə ilə razılaşmalıdır. Rəhbərlik dövlət üçün, vətəndaşlar, o cümlədən hazırkı hökumətə səs verənlər üçün yaxşı iş görməlidir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol