Yaşı 18-dən aşağı şəxslər Şuşaya gedə biləcək?

15:42 - 13 May 2022 - GÜNDƏM

 Yaşı 18-dən aşağı şəxslər Şuşaya gedə biləcək?

İşğaldan azad edilmiş ərazilərə getmək istəyən, yaşı 18-dən aşağı olan vətəndaşlara bilet satılmır.

Bu qadağa nə vaxt aradan götürüləcək?

Buta.ws xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə açıqlamada məsələnin gündəmdə olmadığı bildirilib.

"İşğaldan azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə ilkin mərhələdə yaşı 18-dən yuxarı Azərbaycan vətəndaşları bilet ala bilər. Yaşı 18-dən aşağı vətəndaşlara azad edilmiş ərazilərə valideynlərin müşayiəti ilə də getməyə icazə verilmir. Əsas səbəb uşaqların təhükəsizliyidir. Növbəti mərhələlərdə bu məsələyə baxılacaq", - açıqlamada deyilir.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə yanvarın 24-də ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib. Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol