Putinlə görüşməyə hazıram, şərtsiz! - Zelenski

14:38 - 13 May 2022 - SİYASƏT

 Putinlə görüşməyə hazıram, şərtsiz! - Zelenski

Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazıram.

Buta.ws xəbər verir ki, bunu Ukrayna Prezidenti Valdimir Zelenski İtaliyanın “Rai 1” telekanalına müsahibəsində deyib.

“Rusiya ilə danışıqlar məsələsi hər gün qəlizləşir. Çünki hər gün insanların yaşadığı kiçik şəhərlər işğal olunur. Sakinlər evlərini tərk etməli olurlar, çoxlu sayda insan ölür”, - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna cəmiyyəti 8 ildə Rusiya ilə danışmağa cəhd edib:

“İndi cəmiyyət buna elə də müsbət yanaşmır. Buna baxmayaraq, mən bir prezident kimi Putinlə danışmağa hazıram. Lakin heç bir vasitəçi, ultimatum şərtləri olmamalıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol