USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Elnur Kələntərova polkovnik rütbəsi verildi

09:53 - 3 Sentyabr 2021 - CƏMİYYƏT

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərova yeni rütbə verilib.

Buta.ws xəbər verir ki, bununla bağlı Xidmət rəisi Vüsal Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, E.Kələntərova polkovnik rütbəsi verilib.

Qeyd edək ki, E.Kələntərov ötən ilin yanvar ayında qurumun İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. O, daha əvvəl həmin idarənin rəis müavini vəzifəsində çalışıb. E.Kələntərov bu il “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan“Qaliblər düşərgəsi”nin Əməliyyat Komitəsinin rəhbəri olub.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər