Sülh işğalın dayanması üçündür, Krım və Donbas isə...

09:08 - 30 Mart 2022 - GÜNDƏM

 Sülh işğalın dayanması üçündür, Krım və Donbas isə...

Ukrayna ilə Rusiya arasında sülh müqaviləsi işğal məsələsini həll edir, ayrı-ayrı məqamlar - Krım və ORDLO (Donetsk və Luqansk – red.) ölkə prezidentləri görüşəndə ​​həll olunacaq.

Buta.ws xəbər verir ki, bunu ukraynalı deputat Rüstəm Umerov deyib.

O bildirib ki, de-yure Krım Ukraynadır, faktiki olaraq işğal altındadır:

“Yarımadanın ərazisində Ukraynanın mövqeyini müdafiə edən insanlarla bağlı vəziyyət çətindir. Bəziləri artıq eskalasiya başlayandan 5-8 ildir ki, həbsxanalarda cəza çəkirlər”.

Umerovun sözlərinə görə, diplomatların başlayacağı ilk iş Krımdakı siyasi məhbusların mübadiləsidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol