Britaniya: Ukraynanın qarantı olmağa hazırıq!

08:02 - 30 Mart 2022 - GÜNDƏM

 Britaniya: Ukraynanın qarantı olmağa hazırıq!

Britaniya Ukraynadan müvafiq müraciət alacağı təqdirdə bu ölkənin təhlükəsizlik qarantı rolunu oynamağa hazırdır.

Buta.ws xəbər verir ki, bu barədə Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord deyib.

O, Londonun Ukraynaya əhəmiyyətli hərbi və humanitar yardım göstərdiyini vurğulayıb.

"Baş nazir (Boris Conson) Prezident Vladimir Zelenski ilə demək olar ki, hər gün danışır. Biz bütün imkanlarımızla yardım etmək istəyirik", - Vudvord bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol