Ukraynanın Çuquev şəhəri yaxınlığında üzərində zorakı izlər olmayan rus hərbçilərinin meyitləri tapılıb.
Buta.ws xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko məlumat verib.
Onun sözlərinə görə, işğalçıların cəsədlərində heç bir yara aşkar edilməyib.
Xatırladaq ki, daha əvvəl əsir götürülən rus əsgəri Ukraynanın işğalından sonra batalyon taktiki qrupunun komandirinin əsgərlərə cəsəd çantaları hazırlamağı əmr etdiyini bildirib.