Futbol üzrə Ermənistan millisi yoldaşlıq oyununda Norveçə darmadağın olub.
Buta.ws xəbər verir ki, ermənilər 17-ci dəqiqədə azlıqda qalıblar. Arman Ohanesyan qırmızı vərəqə alaraq meydandan qovulub. Norveçin heyətində qolları Coşua Kinq (3), Erlinq Holann (2), Aleksandr Sörlot (2), Kristian Torstvedt və Mats Deli vurublar.
Bu, Ermənistan seçməsinin tarixində ən ağır məğlubiyyətdir.