Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Buta.ws Report-a istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan VAZ markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində sürücü və sərnişini müxtəlif xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.