21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Buta.ws-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Bakıda Belarus yığması ilə qarşılaşıb. "Bakcell Arena"da oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Rəqibin heyətində 22-ci dəqiqədə İlya Vasilyeviç, 37-ci dəqiqədə Oleq Nikiforenko və 88-ci dəqiqədə Dmitri Latikov fərqlənib. Azərbaycan millisinin yeganə qolunu isə 84-cü dəqiqədə Rüfət Abdullazadə vurub.
Qeyd edək ki, Azərbaycanın U-21 yığması martın 25-də Avropa çempionatının seçmə mərhələsində Bakıda Estoniyanı 3:0 hesabı ilə məğlub edib. Bu, millinin seçmə mərhələdəki ilk qələbəsi olub.