Rusiyada bu ərzaqlar yoxa çıxdı

18:06 - 29 Mart 2022 - GÜNDƏM

 Rusiyada bu ərzaqlar yoxa çıxdı

Rusiyanın Volqoqrad şəhərində ərzaq mağazalarında bəzi ərzaqlar tapılmır.

Bu barədə Buta.ws-a Volqoqrad şəhərində yaşayan soydaşlarımız məlumat verib.

“Təxminən 10-11 gündür ki, ərzaq mağazalarında toyuq əti, yumurta və bəzi şirniyyat məhsulları, şəkər məhsulları tapılmır. Əvvəlcə toyuq ətinin qiymətini 332 rubldan 348 rubla qaldırdılar. Sonra toyuq almağa limit qoydular. 5 kiloqramdan artıq toyuq almağa icazə yox idi. İndi də ümumiyyətlə toyuq əti tapılmır. Bununla bağlı satıcılara yaxud da administratorlara şikayət etdikdə deyirlər ki, “Görürsünüz ki yoxdur”. Yaxın zamanda da olacağı dəqiq bilinmir”, - məlumatda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol