USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Rusiya bu ölkəni pulsuz silahla təmin edəcək – Şoyqunun ŞOK Telefon danışığı

14:31 - 29 İyul 2021 - SİYASƏT

Rusiya Tacikistan ordusunu silah və texnikalarla pulsuz təmin edəcək.


Manset.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu tacik həmkarı ilə telefon danışığında deyib.

Onun sözlərinə görə, artıq Tacikistan ordusunu təchiz etmək üçün silah və texnikaların əlavə pulsuz tədarükü təşkil olunub.


“Əfqanıstandakı vəziyyət müvafiq tədbirlərin qəbul edilməsini tələb edir, belə işlər artıq aparılır”, – Şoyqu bildirib.


Nazir vurğulayıb ki, xarici qoşunların Əfqanıstandan tələsik çıxarılması vəziyyətin sürətlə gərginləşməsinə, terrorçuların fəaliyyətinin artmasına səbəb olub.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər