USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Bakıda axtarışda olan şəxs "Maşın bazarı"nda özünü partlatdı - Polislər xəsarət aldı

21:57 - 27 İyul 2021 - KRİMİNAL

Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Buta.ws xəbər verir ki, bu barədə Musavat.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, “Maşın bazarı” adlanan ərazidə axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Hadisə zamanı onu zərərsizləşdirmək istəyən 3 polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

****

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, həmin şəxs Mingəçevir şəhər sakini Museyb Ələsgərovdur.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər