ATV-nin 3 əməkdaşı eyni vaxtda niyə işindən ayrıldı?

13:56 - 3 Dekabr 2021 - CƏMİYYƏT

 ATV-nin 3 əməkdaşı eyni vaxtda niyə işindən ayrıldı?

“ATV Səhər”in aparıcıları - Kamran Yaradanquliyev, Təranə Turan və prodüsser Şahin Əlizadə eyni vaxtda kanaldakı işlərindən ayrılıblar.

Bununla bağlı Kult.az-a açıqlama verən ATV-nin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ozal İbrahimli bildirib ki, hər üç əməkdaş könüllü şəkildə işdən ayrılıb.

“Öz ərizələri ilə könüllü olaraq işdən çıxıblar. Başqa heç bir səbəb yoxdur”, - O.İbrahimli bildirib.

Aparıcı Kamran Yaradanquliyev isə saytımıza açıqlamasında yeni layihə olub-olmayacağı barədə belə deyib:

“Bəzi məsələlər dəqiqləşməlidir. Bu barədə yaxın vaxtlarda açıqlama verəcəyəm”.

 

Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol