Rusiya və Çinlə savaşda buna üstünlük verilməlidir - ABŞ

13:42 - 3 Dekabr 2021 - GÜNDƏM

 Rusiya və Çinlə savaşda buna üstünlük verilməlidir - ABŞ

ABŞ Hərbi Hava Qüvvələri Rusiya və Çinin qarşısını almaq üçün yeni nəsil dəqiq idarə olunan döyüş sursatlarına malik olmalıdır.

Buta.ws xəbər verir ki, bu barədə Mitçel İnstitutunun hesabatında bildirilib.

“Sərbəst düşən bombaları hər cür hava şəraitində idarəolunan sursata çevirmək üçün nəzərdə tutulmuş JDAM kimi sistemlər öz effektivliyini çoxdan sübut etsə də, müasir modellərlə yüksək rəqabətə tab gətirmirlər.

Bundan əlavə, Rusiya və Çinlə müharibədə stels texnologiyası ilə təchiz olunmayan təyyarələrin istifadəsi təhlükəli ola bilər, çünki AGM-158 JASSM raketlərinin ehtiyatları tükəndikdən sonra bu təyyarələr faktiki olaraq yararsız hala düşür”, - hesabatda qeyd olunub.

Mitçel İnstitutunun analitiki hesab edir ki, hazırkı şəraitdə 92 km-dən 463 km-ə qədər uça bilən qanadlı raketlərə arxalanmaq lazımdır. Çünki bu, hücum təyyarələrinin məhvedilmə zonasına daxil olmamasına imkan verəcək.

Mütəxəssisin fikrincə, əsas üstünlük yaxşı qorunan və yüksək mobil hədəfləri təqib etmək üçün uyğunlaşdırılmış yeni nəsil B-21 strateji bombardmançıları kimi təyyarələrə verilməlidir.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol