Tarixi Skif qızılı Ukraynaya qaytarılır

13:58 - 9 İyun 2023 - GÜNDƏM

 Tarixi Skif qızılı Ukraynaya qaytarılır

Niderland Skif qızılını Ukraynaya qaytaracaq.

BUTA.TV xəbər verir ki, bu barədə Niderland Ali Məhkəməsi müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Skif qızılı Kiyev Tarixi Xəzinələr Muzeyi və dörd Krım muzeyinə məxsus 2000-ə yaxın əşyadan ibarət kolleksiyadır. Kolleksiya 2013-cü ildə Almaniyada keçirilən “Krım – Qara dənizdə qızıl ada” sərgisinə göndərilmiş, 2014-cü ildə Niderlanddakı Allard Pirson Muzeyinə aparılmışdı. Krımın 2014-cü ildə Rusiya tərəfindən işğalından sonra Ukrayna tərəfi kolleksiyaya sahiblik hüququ ilə bağlı müraciət etmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol