Nazirlik qarşısında etirazçılar toplandı

12:38 - 3 Dekabr 2021 - GÜNDƏM

 Nazirlik qarşısında etirazçılar toplandı

Hazırda bir qrup vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirir.

Bununla bağlı Buta.ws-a açıqlama verən nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, şikayətlərin bir çoxu qurumun fəaliyyət istiqamətlərinə aid deyil:

“ƏƏSMN-nin binası qarşısında hazırda bir qrup vətəndaş öz şikayət və etirazlarını, tələblərini nazirliyin əməkdaşlarına bildirirlər. Sözügedən tələb və şikayətlərin böyük əksəriyyəti ƏƏSMN-in fəaliyyət istiqamətlərinə daxil deyil. Lakin istisnasız olaraq bütün vətəndaşların şikayət və tələbləri dinlənilir, qeydiyyatlar aparılır. Nazirliyin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı müəyyən addımlar atılır, daxil olmayan məsələlərlə bağlı isə vətəndaşlar müvafiq qurumlara yönləndirilir”.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol