Sumqayıtda yeniyetmə QAZ-53-lə avtoşluq etdi - Video

11:56 - 3 Dekabr 2021 - GÜNDƏM

 Sumqayıtda yeniyetmə QAZ-53-lə avtoşluq etdi - Video

Sosial şəbəkələrdə bir sürücünün Sumqayıt şəhərində QAZ-53 markalı yük maşını ilə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb. Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri tədbir nəticəsində həmin sürücünün şəxsiyyəti müəyyən edilib.

Bu barədə Buta.ws-a DİN-dən məlumat verilib.

Məlum olub ki, hadisə şəhər sakini 17 yaşlı Ə.Məmmədov tərəfindən atasına məxsus 31-BD-205 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilib. Sumqayıt ŞPİ-nin DYPŞ-də həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib oluub və toplanan materiallar məhkəməyə göndərilib. Sürücünün yaşı nəzərə alındığı üçün barəsində inzibati qaydada həbs tətbiq edilməyib və o, 1000 manat məbləğində cərimə olunub.

Həmçinin sosial şəbəkələrdə Sumqayıt şəhərində toy karvanında avtoxuliqanlıq edən VAZ-2106 markalı avtomobilin sürücüsünün də görüntüləri yayılıb. Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən həmin sürücü Məhəmməd Fərzəliyev saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məhəmməd Fərzəliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs olunub.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol