70 cinayətin üstü “isti izlər”lə açıldı

10:32 - 7 May 2022 - KRİMİNAL

 70 cinayətin üstü “isti izlər”lə açıldı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-dən Buta.ws-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol