USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Səməd Səmədov dəfn olundu, jurnalistlər buraxılmadı - VİDEO

22:10 - 25 İyul 2021 - MƏDƏNİYYƏT

Xalq artisti Səməd Səmədov son mənzilə yola salınıb.

Buta.ws Baku TV-yə istinadən xəbər verir ki, müğənninin nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlğına aparılıb. Onunla vidalaşmağa gələnlər arasında sənət dostları da olub.

Mərhumun sənət dostu Əli Mirəliyev bildirib ki, Səməd Səmədovla uzun illər dostluq ediblər.

“Səməd çox yaxşı insan idi, gözəl səsi, özünəməxsus üslubu var idi. Biz onu heç vaxt unutmayacayıq”, - deyə, Cavanşir Quliyev Səməd Səmədov haqqında danışarkən deyib.

Mərhum sənətçinin oğlu media nümayəndələrinin qəbiristanlığa buraxılmasına icazə verməyib.

Qeyd edək ki, S.Səmədov ötən gün 74 yaşında "Yeni klinika"da koronavirusdan vəfat edib.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər