Qərb KQB-nin dağılmasına sevinməyə tələsdi - General

10:46 - 3 Dekabr 2021 - GÜNDƏM

 Qərb KQB-nin dağılmasına sevinməyə tələsdi - General

Otuz il əvvəl SSRİ DTK-nın dağıdılmasına sevinən və Rusiyanın həqiqətən güclü xüsusi xidmət orqanlarını itirdiyinə inanan Qərb siyasətçiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri səhv etdilər. Zaman keçdikcə Rusiya təhlükəsizlik orqanları nəinki dirçəldi, həm də gücləndi.

Buta.ws xəbər verir ki, bunu FTX-nin ehtiyatda olan general-mayoru Aleksandr Mixaylov deyib.

“O zaman Qərb ölkələri Rusiya xüsusi xidmət orqanlarında baş verənlərlə bağlı sevinclərini gizlətmirdilər. Sonra amerikalılar Rusiyadakı çoxlu agentlərini maliyyələşdirməyi dayandırdılar. Doğrudan da Vaşinqtonda düşünülən hər şey öz-özünə həll olunursa, niyə pul ödəyəsiniz ki? 1992-ci ilin payızında Moskvaya gələn o zamankı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Robert Qeyts Qırmızı meydanda xarici televiziya kameraları qarşısına keçərək, soyuq müharibədə Rusiya üzərindəki şəxsi qələbə paradını keçirdiyini bəyan etdi”, - Mixaylov bildirib.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol