USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Bakı və İrəvan razılaşıb. Bəs, niyə dəstəkləmirsiniz?

22:09 - 25 İyul 2021 - SİYASƏT

Bir zamanlar, yəni Qarabağ məsələsi həll olunmamışdan belə bir ritorika var idi: “Azərbaycan və Ermənistan prezidentəri öz aralarında razılığa gəlsinlər, münaqişənin həlli ilə bağlı istənilən ümumi qərarı biz dəstəkləyəcəyik!”

Bu ifadə kimin yadındadı? Şəxsən mənim yadımdadır. Bunu elə ATƏT-in Minsk Qrupunun həmsədrləri deyirdi ki! Bəs nə oldu? 10 noyabr -Ermənistanın kapitulyasiya sənədi Azərbaycan və Ermənistanın razılaşdığı ümumi sənəd deyil? Bəs onda bu nə demoqogiyadır belə?! Niyə dəstəkləmirsiniz?

30 il! Otuz il e! Həmsədr dövlətlərə öz iqtidarsızlığını anlamaq üçün 30 il bəs etmədi? Minsk Qrupunun özünün statusu yoxdu artıq! Hansı statusdan bəhs edir onlar? Əgər Fransa üçün Qarabağ problemi bitməyibsə, onda Azərbaycan üçün də Korsika problemi həll edilməyib.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər