Şəhriyar macarıstanlı şahmatçı ilə heç-heçə etdi

01:42 - 7 May 2022 - İDMAN

 Şəhriyar macarıstanlı şahmatçı ilə heç-heçə etdi

Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin ikinci turunun oyunları keçirilib.

Buta.ws xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ikinci görüşünü macarıstanlı Riçard Rapporta qarşı keçirib. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol