Pentaqondan Kiyevə: Bu boşluqlardan istifadə edin!

12:08 - 6 İyun 2023 - GÜNDƏM

 Pentaqondan Kiyevə: Bu boşluqlardan istifadə edin!

Bir çox yerlərdə güclü və dərin istehkamlara baxmayaraq, ruslar bütün cəbhə xətti boyunca Ukrayna qüvvələrinin əks-hücumunun qarşısını ala bilməyəcək. Ukraynalılar bu boşluqları tapıb uğur qazanmaq üçün onlardan istifadə etməlidir.

BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“Rusiyanın işğal etdiyi ərazilər boyunca müdafiə və bir çox hallarda dərindən müdafiə qurduğu hamıya məlumdur. Biz bir neçə istehkam xətti, xəndəklər, “əjdaha dişləri”, hazırlanmış mövqelər və s. görürük. Ona görə də ruslar təbii ki, hər yerdə güclü ola bilməzlər. Ukraynalılar istifadə edə biləcəkləri üstünlükləri tapmalıdırlar", - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol