XİN-ə diplomatik xidmətə qəbulla bağlı imtahan keçiriləcək

09:26 - 3 Dekabr 2021 - GÜNDƏM

 XİN-ə diplomatik xidmətə qəbulla bağlı imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyi (XİN) ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

XİN-dən Buta.ws-a bildirilib ki, nazirlikdə diplomatik xidmətə qəbul üzrə imtahan 2022-ci ilin yanvarın 23-də baş tutacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında 23.12.2021-ci il saat 10:00-dan 12.01.2022-ci il saat 18:00-dək həyata keçiriləcək.

Qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.

"Nəzərinizə çatdırırıq ki, namizədlərin sınaq imtahanı 26 dekabr 2021-ci il tarixində keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 08.12.2021-ci il saat 10:00-dan 19.12.2021-ci il saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq", - məlumatda qeyd olunub.

Bildirilib ki, namizədlər BU link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol