Rusiya Qara dəniz donanmasını Krımdan köçürür

Rusiya Qara dəniz donanmasını Krımdan köçürür

Tarix: Siyasət

Rusiya Qara dəniz donanmasının komandanlığının gəmilərini hücumlardan qorumağa çalışır. Buna görə onları müvəqqəti Krımdan köçürür.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (İSW) məlumat yayıb.

Analitiklərin fikrincə, logistika və döyüş sursatı ilə bağlı kütləvi problemlərinə görə Rusiya qoşunları Qara dəniz donanmasının logistika mərkəzlərini Sevastopoldan Krasnodar diyarının Novorossiysk şəhərinə köçürür.