Onlar pul üstündə dava edirlər - Batya

08:32 - 3 Dekabr 2021 - DÜNYA

 Onlar pul üstündə dava edirlər - Batya

Məni devirəcəklərini, hökumət quracaqlarını düşünürdülər.

Buta.ws xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə müxalifəti barədə danışarkən deyib.

"Bu, seçkilərdən sonrakı dövr idi, ümidləri vardı, indi yoxdur", - Lukaşenko qeyd edib.

Hazırda məğlub olmuş prezidentliyə namizəd Svetlana Tixanovskaya, Pavel Latuşko və Viktor Tsepkalonun rəhbərliyi altında müxalifətin 3 mərkəzinin fəaliyyət göstərdiyinə diqqət çəkən Lukaşenko bildirib:

"Onlar yaşamaq və yemək istəyirlər. Ancaq Qərb heç kimə elə-belə pul verməz. Pulları bitən kimi aralarında dava başlayır. Qərb konstitusiyaya işarə edərək, "Bir az da səbirli olacağıq. Belarusu alt-üst etməsəniz, sizi maliyyələşdirməyəcəyik” deyir. İndi də onların arasında yaşamaq üçün maliyyə münaqişəsi gedir”.

 

Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol