Türkiyəyə investisiya axını: daha da artır... - Polad

01:52 - 3 Dekabr 2021 - İQTİSADİYYAT

 Türkiyəyə investisiya axını: daha da artır... - Polad

Bu investisiyalar daha da artacaq. Düşünürəm ki, qarşıdakı dövrdə Körfəz ölkələrindən ciddi investisiyalar gələcək.

Buta.ws xəbər verir ki, bunu AKP rəsmisi İffət Polad deyib.

"Türkiyəyə gələn investisiyalar hüquqi və demokratik infrastrukturun nə qədər güclü olduğunu göstərir. Onlar Türkiyəyə güclü demokratiya və hüquqi infrastruktura görə üstünlük verirlər. Xatırlayırsınızsa, 11 sentyabr hadisələri zamanı ABŞ banklarında ərəblərə 1 trilyon dollara yaxın pul verilməmişdi. Sonralar bir çox ərəb ölkələri Türkiyə kimi güclü və etibarlı demokratiyaya malik ölkələrə üz tutdu. Bu investisiyalar daha da artacaq. Düşünürəm ki, qarşıdakı dövrdə Körfəz ölkələrindən ciddi investisiyalar və tərəfdaşlar gələcək", - Polad vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə sərmayə qoyuluşu üçün 10 milyard ABŞ dolları məbləğində maliyyə fondu yaradıb.

 

Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol