ABŞ 200-dən çox ukraynalıya Amerika haubitsalarından istifadə üzrə təlim keçib və hazırda daha 150 nəfərə təlim keçir.
Buta.ws xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi bildirib.
“İndiyədək 220-dən çox Ukrayna əsgəri M777-nin istifadəsi üzrə təlim keçib”, - Kirbi söyləyib.
Kirbi əlavə edib ki, 15 nəfər radardan istifadə üzrə təlim keçib, 60 hərbi qulluqçu isə M113 BPM-nin istifadəsi üzrə təlim keçib, digər 50 nəfərin isə təlimi davam edir.