Türkiyə səfirliyindən azərbaycanlı dənizçi ilə bağlı açıqlama

01:32 - 3 Dekabr 2021 - GÜNDƏM

 Türkiyə səfirliyindən azərbaycanlı dənizçi ilə bağlı açıqlama

Qara dənizin Zonquldağ hövzəsində yerləşən Ereğli rayonundakı limanda lövbər salan gəmidən yıxılaraq həyatını itirən şəxsin Azərbaycan vətəndaşı Anar Orucov olması barədə məlumatlar aidiyyəti qaydada araşdırılır.

Azərbaycanın Türkiyədəki səfirliyindən Buta.ws-a daxil olan məlumata görə, bunla bağlı müvafiq tapşırıqlar verilib. Hazırda hadisənin dəqiqləşdirilməsi və tədbirlərin görülməsi üçün Türkiyənin müvafiq qurumları, eləcə də Zonquldağın yerli hakimiyyət orqanları ilə əlaqə yaradılıb.

Qeyd edək ki, yükləmədən sonra Bolqarıstana səmt alması nəzərdə tutulan Panama bayrağı altında üzən “Ünzile Ana” adlı gəminin üzücü heyətində təmsil olunan bir nəfər zərbədən suya yıxılıb və axtarış nəticəsində onun cəsədi tapılıb. Türkiyə KİV-lərinin məlumatına əsasən həmin şəxs Azərbaycan vətəndaşı Anar Orucovdur. İlkin məlumata görə, hadisəyə səbəb fırtınalı hava şəraiti olub.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol