Bu, kimin gərginlikdən yana olduğunu göstərir - Türkiyə XİN

01:00 - 3 Dekabr 2021 - GÜNDƏM

 Bu, kimin gərginlikdən yana olduğunu göstərir - Türkiyə XİN

Cənubi Kipr rəhbərliyinin "ExxonMobil - Qatar Petroleum Partnership" şirkətinə birtərəfli olaraq Aralıq dənizində təbii qaz kəşfiyyatı icazəsi verməsi kimin gərginlikdən yana olduğunu göstərir.

Buta.ws xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç çıxış edib.

"Digər tərəfdən, bu birtərəfli addım həm də adanın şərikli sahibi olan Kipr türklərinin hüquqlarına məhəl qoymur.

Türkiyə əvvəllər olduğu kimi heç bir xarici ölkə, şirkət və ya gəminin bizim dəniz yurisdiksiyalarımızda karbohidrogen kəşfiyyatı fəaliyyəti aparmasına əsla icazə verməyəcək, ölkəmizin və Şimali Kiprin hüquqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək”, - Bilgiç qeyd edib.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol