İslandiya şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə hazırdır

00:42 - 3 Dekabr 2021 - GÜNDƏM

 İslandiya şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə hazırdır

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində İslandiya Respublikasının xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir ilə görüşüb.

Bu barədə Buta.ws-a Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş çərçivəsində iki ölkə arasındakı münasibətlər, xüsusilə alternativ enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İslandiya bu sahədə geniş təcrübəyə malik olduğunu qeyd edərək, İslandiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə hazır olduğunu ifadə edib.

Görüş çərçivəsində tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol